“Ceyhun Hacıbəyli haqqında nə bilirik”
2016-cı ilin fevral ayında Azərbaycanın ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərib.Bu gün məktəbimizin şagirdləri “Ceyhun Hacıbəyli haqqında nə bilirik?” mövzusunda seminarda iştirak etdilər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini, təşkilatçısı Safura İbrahimli, kitabxana müdiri Nigar Əliyeva və kitabxanaçı Afərim Orucova şagirdlərə Ceyhun Hacıbəylinin gənc yaşlarından keçirdiyi mühacir həyatı və fəaliyyəti haqda geniş məlumat verdi. Şagirdlərlə ətraflı fikir mübadiləsi aparıldı.Sonda şagirdlər kitabxanada təşkil olunmuş, Ceyhun Hacibəylinin həyat və fəaliyyətinin əks etdirən fotolardan ibarət guşə ilə tanış oldular.