Əlvida ilk müəllimim

      Bir uşağın təhsil aldığı ilk 4 il, ən buludsuz və qayğısız təhsil dövrüdür.

Məktəbin 4”B” sinfində “Əlvida ilk müəllimim” adlı buraxılış gecəsi keçirilib. Buraxılış gecəsi şagirdlərin Azərbaycan milli rəqsini ifa etməsi ilə başlayıb. Daha sonra şagirdlər 4-il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib. Mahnı və şeirlər, rəngarəng rəqslər ifa ediblər.

      Tədbirin yekununda çıxış edən sinif rəhbəri Fətəliyeva Mehriban şagirdlərinə xoş arzularını və diləklərini bildirmiş, gələcək təhsillərində uğurlar diləmiş, sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi