Yelkəni Bizimlə birgə tanı
Bu gün məktəbimizin qonaqları Yelkənli İdman Federasiyasının nümayəndələri oldu. Onlar “Yelkəni Bizimlə birgə tanı“ başlığı altında Optimist sinfi üzrə “Yelkən İdmanı üzrə Yay məktəbi” layihəsi barədə 7-14 yaşlı şagirdlərimizə məlumat verdilər.
Onlara yelkən qurma, qayıqlardan istifadə etmə və sürmə qaydaları nümayiş etdirildi.
Məqsəd şagirdlər arasında Yelkənli İdmanı təbliğ və təşviq etməklə yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaratmaqdır.