"Şuşa ili"
31 mart 2022 -ci il tarixli F-121 nömrəli əmrə əsasən "Şuşa ili" ilə bağlı bu gün IX sinif şagirdləri ilə" Şuşalı keçmişimiz, Şuşalı bu günümüz, Şuşalı sabahımız" mövzusunda dəyirmi masa keçirilmişdir. Tarix fənni müəllimi İbrahimova Mehribanın başçılığı ilə keçirilən masa ətrafında bir daha 44 günlük II Qarabağ müharibəsi zamanı müzəffər ordumuzun göstərdiyi şücaət haqda danışıldı.Milli - mənəvi irsimiz olan Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, təbii resursları və bu irsin qorunması yolunda dövlət başçımızın gördüyü işləri, igidlərimizin qəhrəmanlığı haqda danışıldı, fikir mübadiləsi aparıldı.