Narkomaniyaya yox deyək
Məktəbin akt zalında Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirildi. Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.
Tədbirdə Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Mirbabayev, Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsi DYPŞ-nın inspektoru, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektorları, məktəbin direktoru A.Baxşıyeva, şagird və müəllimlər iştirak etdilər.
Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Məktəbin dəhlizlərində şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olundu.