Şuşa,sən azadsan!

      Azərbaycan Respublikası Təhsil Nazirinin F -103 nömrəli əmri və Bakı Şəhəri Təhsil İdarəsinin F-147 nömrəli əmrinə uyğun olaraq, "Oxu günü " çərçivəsində məktəbimizdə " Şuşa,sən azadsan!" mövzusu ətrafında məktəbin V-VII sinif şagirdlərinin arasında dəyirmi masa keçirdik. Məktəbin azərbaycan bölməsinin şagirdləri,onlara ikinci xarici dil kimi tədris edilən rus dilində mövzunu çox gözəl işıqlandırdılar.Fənn müəllimləri Həsənova Şəfiqə və Hacıyeva Elina tam dəstəkləyici mühit yaradaraq, masa ətrafındakı söhbəti genişləndirdilər. Sonda şagirdlər bizimlə kitablara olan maraqlarını paylaşdılar.Oxuduqları kitablar haqqında məlumat verdilər. Dəyirmi masanın keçirilməsində məqsəd xarici dilin praktikada tətbiqinin vacibliyini önə çəkmək idi. Rus dilinin ( ikinci xarici dil kimi) praktik tətbiqinə yönələn bu tədbirdə tariximizə hörmət, mədəniyyətimizə sayqı aşılandı, şair və yazarlardan sitatlar söyləndi, sonda isə ən müqəddəs dilin  Ana dili olduğu vurğulanaraq, Vətənə məhəbbətin ən ülvi bir hiss olduğu bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi