İfadəli oxu
Azərbaycan Respublikası Təhsil Nazirinin F -103 nömrəli əmri və Bakı Şəhəri Təhsil İdarəsinin F-147 nömrəli əmrinə uyğun olaraq, "Oxu günü " çərçivəsində məktəbimizdə bir sıra tədbirlər həyata keçirilir.
Tədbirlərin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın təbliğidir.
Bu baxımdan V-VIII siniflər üzrə "İfadəli oxu" müsabiqəsi keçirildi. Müsabiqə zamanı şagirdlər ana dilimizdə fikirlərinin aydın şəkildə çatdırması, düzgün diksiya, natiqlik bacarığı, düşüncələrinin sözlə ifadə etmə bacarığını nümayiş etdirdilər.