" Şuşa ili"
31 mart 2022 -ci il tarixli F-121 nömrəli əmrə əsasən
" Şuşa ili" ilə bağlı V sinif şagirdləri arasında esse yazı və "Ən gözəl təqdimat" müsabiqəsi keçirilmişdir.
Fənn müəllimi Qaradaği Mayanın təşkilatçılığı ilə keçirilən bu müsabiqədə şagirdlər bir daha 44 günlük II Qarabağ müharibəsi zamanı müzəffər ordumuzun göstərdiyi şücaəti, milli - tarixi irsimizin qorunması yolunda dövlət başçımızın gördüyü işləri, igidlərimizin qəhrəmanlığını ən ülvi hisslərlə xatırlayıb kağıza yazdılar. Qarabağ Azərbaycandır!