“Robinzon Kruzo”
Bu gün müasir texnologiya vasitələri, internet resursları insanları maarifləndirmək, məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir kəşf kitab qədər praktik, kitab qədər zəngin ola, kitab qədər insanın mənəvi və fiziki sağlamlığının keşiyində dura bilməz.
Kitab özündə informasiya yükü, təcrübə və biliklər toplayan mənəvi xəzinədir. Mütaliə isə bu mənəvi sərvəti öyrənmə və mənimsəmə vasitəsidir.
Şagirdlərin mütaliəyə həvəsinin artırılması onların bədii-estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edir.
Məktəbin 7c sinif şagirdləri sinifdənxaric oxuduqları əsərlərdən birini , D.Defonun “Robinzon Kruzo” əsərini, müzakirə edərək öz fikirlərini kreativ şəkildə bölüşdülər.