Ekologiya və sağlamlıq
“Ekologiya və sağlamlıq” layihəsi çərçivəsində məktəbin 6 cı siniflərində “Ətraf mühit və sağlam həyat” adlı tədbir keçirildi. İlk öncə şagirdlərə baharın gəlişi ilə təbiətin oyanışını əks etdirən slaydlar nümayiş etdirildi, daha sonra şagirdlərin hazırladıqları referatlar dinlənildi. “Yaşadığımız mühiti nə qədər az çirkləndirsək, bir o qədər çox sağlam və rahat yaşayarıq” mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirildi
Tədbir şagirdlərin ekoloji maariflənməsi baxımından böyük əhəmiyyət kəsb etdi.