Novruz bayramı və mətbəx mədəniyyətimiz

Novruz bayramı öz gəlişi ilə insanlara sevinc, xoş ovqat, bahar nəfəsi gətirir. Bu bayramda süfrələrimiz Novruz şirniyyatları ilə daha da zənginləşir və şirniyyat sevənlər üçün xüsusi bir bayrama çevrilir. Şəkərbura, paxlava, qoğal Novruzun əsas atributlarından biri olub, Novruz süfrəsində özünəməxsus yer tutur.
Texnologiya dərsində “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı açıq dərs keçirildi. Şagirdlərimiz bayram şirniyyatlarını hazırladılar, bayram süfrəsinin yaraşığı olan yumurtaları boyadılar.
Bayram süfrəniz bol və şirin olsun. Novruz bayramınız mübarək.