Novruz bayramı
Məktəbdə Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirildi.
Sərgidə şagirdlərin biçmə-tikmə, toxuma, rəsm, milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuqdan hazırlanmış bəzək əşyaları məmulatlarından ibarət əl işi nümayiş olundu.
Məktəblilərin əl işlərindən ibarət Novruz atributları sərgiləri baharın, Novruzun əlvan çalarlarını əks etdirməklə baxanlarda böyük zövq oyatmışdır.