"Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi"

      Yediyimiz qidaların təhlükəsizliyi qida məhsullarını yetişdirən, emal edən, daşıyan, saxlayan, satan, hazırlayan və təqdim edən bütün şəxslərin fədakar əməyi sayəsində təmin edilir.

10.02.2022-ci il tarixdə məktəbdə "Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi" adlı texniki yardım layihəsi çərçivəsində ənənəvi qida məhsulları və sağlam qidalanma mövzusunda təlim keçirildi. Təlimdə məktəbin 7 və 8-ci sinif şagirdləri iştirak etdilər.

      Təlimdə şagirdlərə qida və sağlamlıq arasındakı əlaqələr barədə danışıldı, qida təhlükəsizliyi haqqında və sadə gündəlik fəaliyyətlərini dəyişərək qida ilə yayılan bir sıra xəstəliklərin qarşısını almağın yolları haqqında məlumat verildi.

      Təhlükəsiz məhsullar sağlam həyat, iqtisadiyyat və planetin çiçəklənməsi, o cümlədən sağlam gələcək üçün zəruridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi