“Kod Saatı”

      Microsoft Azerbaijan şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə məktəbimizdə “Kod Saatı” (“Hour of Code”) layihəsini təqdim edib. “Kod Saatı” təşəbbüsü – 180 ölkədən artıq milyonlarla tələbə və məktəblini əhatə edən qlobal bir hərəkatdır. Layihənin əsas məqsədi uşaqlara proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasının çatdırılmasıdır.

      Layihə çərçivəsində Microsoft Azerbaijan şirkətinin komandası ADA Universitetinin tələbələri azərbaycan və rus bölməsinin IV siniflərində təhsil alan məktəblilər arasında gələcək ixtisasları barədə sorğu keçiriblər.

      Şagirdlərin cavabları gözlənilən olub: həkim, psixoloq, müəllim, dizayner, modelçi və s. Lakin Microsoft Azerbaijan komandası praktikada məktəblilərə onların hər gün qarşılaşdığı, amma fikir vermədikləri tipik alqoritmi necə tətbiq etməyi göstərəndən sonra məktəblilər proqramçı olmaq istədiklərini etiraf ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi