"Dənizi birgə qoruyaq"
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Təhsil Nazirliyinə daxil olmuş 13 avqust 2021-ci il tarixli məktubunda 25 sentyabr tarixində "EUBeach Cleanup"kampaniyası təşkil ediləcəyi bildirilmiş və məktəb şagirdlərinin həmin kampaniyada iştirakına köməklik göstərilməsi xahiş olunmuşdur.
Tədbir"Dübəndi" çimərliyində Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və məktəbimizin 5-6-cı sinif şagirdlərinin iştirakı ilə "Dənizi birgə qoruyaq" devizi altında keçirildi. Çox maraqlı keçən tədbirdə şagirdlərin əməyi qiymətləndirildi. Şagirdlər sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırıldı.