Biz böyük xalqıq!
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin.
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, möhtərəm İlham Əliyevin dönməz rəhbər və komandan iradəsi ilə ölkəmizin bütün vətəndaşlarını bir yumruq kimi birləşdirərək müqəddəs Vətən müharibəsinə qaldırması bütün vətən övladlarının ürəyini dağa döndərmiş, xalqın gücünü bir dağ selinə çevirərək xain və qəddar düşmənlə mübarizədə səfərbər etmişdir.
Həm xalqımız, həm ordumuz, həm də Prezidentimiz üçün 44 günün hər biri şərəf və ləyaqət günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edib birləşdirdi.
Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Onlar da "canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər" - deyirdilər. Əsgərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbr, təmkin qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq onun etimadını doğruldan Prezidentinə tamamilə inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi.
Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur.
İkinci Qarabağ müharibəsində qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər.
Vətən müharibəsinin ötən günləri onu göstərir ki, haqlı dava üçün bütün xalqımız bir yumruq olub düşmənin başını əzməkdədir. Azərbaycan xalqı üçün artıq ağlamaq, sızıldamaq, müxtəlif dövlətlərə və təşkilatlara xahişlə müraciətlər etmək, onlardan ədalət ummaq zamanı bitdi. Düşməni torpağımızdan qovub çıxarana qədər ona qan uddurmalı, onların analarını göz yaşlı qoymalıyıq. El diliylə deyilsə: "yalvarmaqla donuz darıdan çıxmaz". Bu gün Azərbaycan Prezidenti və Azərbaycan Ordusu azğın düşmənlə onun anlayacağı dildə danışır. Bütün Azərbaycan xalqı bir nəfər kimi bu ritorikanı ürəkdən bəyənir. Bunun ayrı adı yoxdur: "Düşməni iti qovan kimi torpaqlarımızdan qovuruq". Prezident İlham Əliyevin dünyanın demək olar ki, əsas aparıcı televiziya kanallarına verdiyi müsahibələrdəki şərhləri, izahları,birmənalı mövqeyi və çağırışlarına dünya yenə qulağını tıxıb, gözlərini yumacaqsa, təcavüzkar Ermənistanla onun təcavüzünün qurbanı Azərbaycanı eyniləşdirərək bizi atəşkəsə səsləyəcəksə, deməli, o zaman heç bir ədalət və hüquqdan danışmağa dəyməz. Belə olanda isə, məntiqi olaraq silahlar danışmalıdır.
Diqqətəlayiqdir ki, Prezident İlham Əliyevin qətiyyəti bu gün hər bir azərbaycanlıya sirayət edir, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda.
Müharibə kimin həqiqi qardaş, etibarlı dost olduğunu da sınağa çəkir. Uzaq-yaxın tariximizi bilənlər də, bilməyənlər də bu gün Prezidentimizin, dövlətimizin və ordumuzun yazdığı tarixdən dərs almalıdırlar. Vətəni yüksək milli-vətənpərvərlik ruhuna malik olan, onun hər qarış torpağının qədrini bilən, xalqımızın dilinə, ədəbiyyatına, tarixinə, ənənlərinə sahib olan vətəndaş qoruyur, onun naminə ölümə də tərəddüd etmədən gedir. Belə vətən övladları da milli təhsil zəminində uşaqlıq-yeniyetməlik çağlarından ailədə və təlim-tərbiyə ocaqlarında yetişməlidir. Nəhayət, biz də başımızı ulu əcdadlarımız kimi, tarixi qəhrəmanlarımız kimi dik tutmağı bacaracağıq və qürurla "Biz böyük xalqıq!" deyəcəyik.