Muzey ekskursiyalarımız davam edir

İçəri Şəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilləklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr də təsdiqləyir. Son illər İçəri Şəhərdə görülən işləri cəmiyyət təqdir edir. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün İçəri Şəhər özünün intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə bu gün Bakının ürəyi olan İçəri Şəhərdə abadlaşdırma, təmir-bərpa işləri bu köhnə şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yaxından iştirak edirlər.Məktəbimizin 3a sinif şagirdləri sinif rəhbəri Sadıqova Nairə ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ekskursiyada oldular.Tariximizi sevə-sevə öyrənir,sevə-sevə öyrədirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi