"M.Füzulinin yaradıcılığı" haqqında açıq dərs.
Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir.Məhəmməd Füzulinin anadan olduğu il və yer barəsində müxtəlif mülahizələr mövcuddur. Şair özü farsca divanının dibaçəsində bu xüsusda belə yazır: ”Doğulduğum və yaşadığım yer İraqi-ərəbdir”.Bir çox arşdırmaçılar, o cümlədən Əbdülbaqi Gölpinarlı, Həmid Araslı və Əbdülqadir Qaraxan şairin aşağıdakı qitəsinə əsasən onun Kərbəlada (1483) doğulduğunu iddia edirlər.Ey Füzuli, məskənim çün Kərbəladır, şeriminHörməti hər yerdə vardır, xəlq onun müştaqıdır.Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir,Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.Məktəbimizin 8a sinif şagirdlərinin "M.Füzulinin yaradıcılığı" bədii səhərciyində biz yenidən prinsipləri sənət dünyasına nəzər saldıq. Fənn müəllimi: Qafarova Sevinc