"Coğrafiyadan şagirdlərin Beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı"
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, c.ü.f.d. Mirnuh İsmayılov Bakı şəhəri 8 saylı orta məktəbində keçirilən "Coğrafiyadan şagirdlərin Beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" layihəsinin açiliş tədbirində iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri, "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Yaşar Seyidəliyev iştirakçılara Beynəlxalq Coğrafiya olimpiadası, müasir coğrafiyanın bugünki vəziyyəti, gələcək perspektivləri və layihə barədə məlumat verib.