“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya
Məktəbin 6 "A" sinif şagirdləri sinif rəhbəri Quliyeva Ceyranın təşkilatçılığı ilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya etdilər.
Ekskursiyada “Yanardağ” və Qobustan qayaları haqqında geniş məlumat verilib. Məktəblilər tarixi yerləri gəzərək ekspozisiyalarla tanış olublar.
Ekskursiyanın məqsədi şagirdlərə milli və mənəvi dəyərləri aşılamaq, qədim tariximizi öyrətmək, mədəniyyət abidələrimizi qorumaq və sevdirmək, yaşadıqları ərazi haqqında daha çox məlumat toplamaqdır.
Şagirdlər ekskursiyadan böyük təəssüratla və yeni biliklərlə qayıtdılar.