Azərbaycan Geologiya muzeyində
Məktəbin coğrafiya müəllimləri Seyidəliyev Yaşar və Abbasova Mehriban 6 “В» sinif şagirdləri Azərbaycan Geologiya muzeyində ekskursiyada oldular. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha da maarifləndirməkdən ibarət idi.