Azərbaycan Geologiya muzeyində

Məktəbin coğrafiya müəllimi Seyidəliyev Yaşar, 9”C” və 7”C” sinif şagirdləri Azərbaycan Geologiya muzeyində ekskursiyada oldular. Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha da maarifləndirməkdən ibarət idi. Ekskursiya zamanı şagirdlər müzeydə fəaliyyət göstərən Regional, Respublikanın mineral-xammal bazası, Petroqrafiya, Mineralogiya, Paleontologiya və Fototeka bölmələri ilə tanış oldular. Şagirdlər muzeyin ekspozisiya zalında ölkənin bütün bölgələrindən gətirilmiş mineral-xammal sərvətlərini əks etdirən 5000-dən artıq filiz, inşaat materialları, təbii süxur, müxtəlif məzmunlu geoloji xəritələr və fotostendlərlə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi