Nailiyyətlərimiz

King-Boks üzrə dünya festivalında I yerə layiq görülmüş şagirdimizMəktəbin 8a sinif şagirdi Məmmədov Arzu Muxtar oğlu Şağan Olimpiya İdman Kompleksində təşkil olunmuş King-Boks üzrə dünya festivalında I yerə layiq görülmüşdür.

2-ci qrant müsabiqəsinin qalibi olduq13 oktyabr 2018-ci il tarixində Bakı şəhəri 36 nömrəli tam orta məktəbdə “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihənin açılış tədbiri keçirildi. Tədbirdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərdən online sorğu əsasında seçilmiş müəllimlər və layihə komandasının üzvləri iştirak etdi. İlk öncə layihə rəhbəri, 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov layihə haqqında ətraflı məlumat verdi. Ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisi zamanı müəllimlərin CİS texnologiyalarından istifadə etməklə fənni praktiki olaraq asan mənimsənilməsinin əhəmiyyətini vurğuladı. Layihə koordinatoru, CİS mütəxəssisi Samir Vəlizadə, Coğrafiya İnstitutunun dissertantı, CİS mütəxəssisi Elvin Əmrahov və təlimçi müəllim:Coğrafiya İnstitutunun doktorantı, ABC - Azerbaijan British College-in coğrafiya müəllimi Arzu Əhmədova Coğrafiya İnformasiya Sistemləri haqqında müəllimlərə ətraflı məlumat verdi. Layihə üzrə ekspert: Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu “Demoqrafiya və Əhali Coğrafiyası” şöbəsində aparıcı elmi işçi Rövşən Kərimov müəllimlərə ümumtəhsil məktəblərində coğrafiya fənninin yeni texnologiyaların istifadəsi və tətbiqi ilə öyrədilməsi, CİS-lə öyrənmə imkanlarının artırılması,bununla da aparılan tədris prosesinin keyfiyyətcə yaxşılaşdırılması müasir təhsil sisteminin ən aktual məsələlərindən biri olduğunu qeyd etdi. Tədbirin sonunda layihə komandası iştirakçılarla xatirə şəkli çəkdirdi.

Novruz şənliyində iştirak edən müəllim və şagirdlərin mükafatladırılması.Sabunçu Rayonu İcra Hakimiyyəti tərəfindən keçirilmiş Novruz şənliyində məktəbi layiqincə təmsil etdiklərinə gorə məktəbin tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva, müəllimləri Elza Abdullayeva, Kəmalə Səfərova və şagirdlər məktəb direktoru Murad Zeynalov tərəfindən təşəkkürrnamələr və fəxri fərmanlarla mükafatlandırıldılar.

HAQQIMIZDA

            Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvan...

BİZİM FƏXRLƏRİMİZ

Canpolad Əliyev Üzeyir

Cəmilə Abdullayeva Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi