Nailiyyətlərimiz

Rəsm müsabiqəsində birinci yerNoyabrın 1-də Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Sabunçu rayonu ümumtəhsil müəssisələri arasında keçirilən "Mənim bayrağım" adlı rəsm müsabiqəsində 8a sinif şagirdi Bədəlov Əli Elşən oğlu birinci yerə layiq görülərək diplomla təltif edildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət hissinin aşılanması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, onlarda vətənpərvərlik hissinin yüksəldilməsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına inanırıq!

Şagirdimizin növbəti uğuruMəktəbin 6b sinif şagirdi Cabbarov Muxtar Zakir oğlu Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə keçirilən Cudo idman növü üzrə turnirdə 50 kq çəki dərəcəsində III yer tutduğuna görə diplomla təltif olundu.

Növbəti uğurumuzMəktəbin 6b sinif şagirdi Cabbarov Muxtar Zakir oğlu "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbinin təşkili ilə Novruz bayramına həsr edilmiş cudo üzrə 50 kq çəki dərəcəsində 8 nömrəli İOEUGİM-nın birinciliyi uğrunda mübarizədə III yerə layiq görülmüşdür.

HAQQIMIZDA

            Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvan...

BİZİM FƏXRLƏRİMİZ

Canpolad Əliyev Üzeyir

Ülvi Mustafayev Rəşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi