"Şahmat" İdman növü üzrə qalibimiz!74 nömrəli məktəbin 4 "C" sinif şagirdi Əliverdiyeva Aydan 20 iyul Beynəlxalq Şahmat gününə həsr olunmuş təsnifat turnirində I yeri tutduğuna görə Diplomla təltif edilmişdir.
Basketbol idman növü üzrə qalibimiz Basketbol idman növü üzrə keçirilən bir çox yarışların iştirakçısı, 74 nömrəli tam orta məktəbin 9 "C" sinif şagirdi Hüseyn Səmədov bu yarışların qalibi olmuş, diplom və tərifnamələrlə təltif olunmuşdur. O, Azərbaycan Respublika Birinciliyində müvəffəqiyyət qazanaraq 1-ci yerə layiq görülmüşdür.
"Sweet Home" Proqramlaşdırma proyekti üzrə qalibimiz"Sweet Home" Proqramlaşdırma proyekti üzrə kecirilən müsabiqədə 74 nömrəli tam orta məktəbin 6 "C" sinif şagirdi Səmədov Fərid birinci yerə layiq görülmüşdür. Fərid bu sahədə daha bol uğurlar qazanacağına söz verərək, Respublikadan kənarda Proqramlaşdırma üzrə keçirilən müsabiqələrdə iştirak etmək arzusunu bildirmişdir.