“Sənin yerin görüncək” adlı tədbir keçirildi

https://www.facebook.com/61557100720452/videos/pcb.122135697554236690/756711789942561?locale=ru_RU

 Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyi ilə əlaqədar məktəbin kitabxanasında “Sənin yerin görüncək” adlı tədbir keçirildi. Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni səsləndi daha sonra məktəbin direktoru Fərqanə Abbasova çıxış edərək, Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirdi. Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi