Tullantıdan incəsənətə

 

  

“Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində şagirdlərin iştirakı ilə “Tullantıdan İncəsənətə” adlı  sərgi keçirilib. Şagirdlər  tullantı materiallardan istifadə edərək  çox böyük həvəslə  kağızlardan ilan fiquru, ev maketi, gül ekspozisiyaları, plastik qablardan isə dibçəklər, su götürmək üçün dolçalar hazırlayıblar.  Hazırlanmış əl işləri məktəbin foyesində sərgilənib.

  Sərginin  keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində şagirdlərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi