Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş təqdimat dərs keçirilib

   Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Bəndiyeva tərəfindən VII A sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş təqdimat dərs keçirilib. Dərsdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı müavin Günel Bəhrəmova iştirak edib. Əvvəlcə müəllim dahi sənətkar haqqında məlumat verərək vurğulayıb ki, hərtərəfli biliyə malik olan Məhəmməd Füzulinin bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan misilsiz sərvətdir. Daha sonra şagirdlər hazırladıqları təqdimatları, divar qəzetlərini nümayiş etdirib, şairin qəzəllərini səsləndiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi