31 mart soyqırımına həsr olunmuş dərslər

    31 mart soyqırımı məktəbimizdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisə kimi yad olunur. Bu günlə əlaqədar məktəbin tarix müəllimləri Damla Həsənzadə 9a və Aygün Əfəndiyeva 7d siniflərində  31 Mart Soyqırımına həsr olunmuş  dərs keçdilər. Dərsdə məktəbin rəhbərliyidə iştirak etmişdilər. Mövzu ilə əlaqədar şagirdlərə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdiyi soyqırımın dünya tarixində təkrarı olmayan ən dəhşətli faciə olduğu və ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilməsi haqqında məlumat verildi. Dərs şagirdlərlə müzakirələr əsasında aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi