"Sahibsiz heyvanlara qayğı və düzgün münasibətin aşılanması" mövzusunda dərs

  Yaşıl layihə: ”Təbiətin qoruyanlar” layihəsinə əsasən  8E sinifində məktəbin biologiya müəllimi İsmayılova Hüsniyyənin təşkilatçılığı ilə  "Sahibsiz heyvanlara qayğı və düzgün münasibətin aşılanması" mövzusunda dərs keçdi. Şagirdlər  bildirdilər ki, heyvanları qorumaq bizim borcumuzdur, çünki heyvanları qorumaq təbiətimizi, dünyamızı və həyatımızı qorumaq deməkdir. Heyvanların müdafiəsinə ciddi yanaşmaq lazımdır ki, onlarla birlikdə bizi yaşadan təbiət də məhv olmasın. ”Qırmızı kitab”a düşən heyvanlar  və  onların qorunması haqqında məlumat verdilər. Dərs zamanı heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti barədə geniş müzakirələr aparıldı. Dərsin  sonunda məktəblinin təbiətə münasibətinin başqalarına nümunə olması fikri də vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi