Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiya

Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə  məktəbin ibtidai sinif müəllimi Məmmədova Tünzalənin  təşkilatçılığı ilə II sinif şagirdləri ilə birlikdə  Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiyası təşkil edib.  Ekskursiyada muzeyin bələdçisi şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən H.Z.Tağıyevin xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa ediblər. Muzey ümumilikdə 9 otaqdan ibarətdir və xatirə muzeyinin ekspozisiyası H.Z.Tağıyevin iş kabinetindən başlayır. Şagirdlərimiz milyonçu Hacı Zeynalabdin Tağıyevin ev muzeyi haqqında geniş məlumat topladılar. Muzeydən xoş əhval ruhiyyə, maraqlı məlumatlar və gözəl təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi