“Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə “ Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbimizin  kitabxanasında “ Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri keçirilmişdir. Şagirdlər müxtəlif musiqi nömrələri, rəqslər, kiçik tamaşalar göstərmiş, Novruz bayramına məxsus adət-ənənələrdən söhbət açmış, şeirlər söyləmişlər.Tədbirdə iştirak edən məktəbin direktoru Fərqanə Abbasova əməyi keçən hər bir kəsə təşəkkür etmiş, hamının bayramını təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi