"Qarabağda Novruz" adlı onlayn görüş keçirildi

  72 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə "Qarabağda Novruz" tədbirimizdə Laçın, Zəngilan və Fizuli məktəbləri, müəllim, şagird və valideynlərin iştirakı ilə Microsoft Teams proqramında  onlayn görüş keçirildi. Görüşdə ilk olaraq  ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonar məktəbimizin direktoru Fərqanə Abbasova çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazandığını vurğulayıb. O, şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd edib. Bu gün  Bahar ətirli Qarabağımızda Novruzu keçirmək böyük xoşbəxtlikdir. Görüşdə iştirak edən məktəblərin müəllim və valideynləri öz novruz xatirələrindən, novruzun adət- ənənələrindən danışdılar. Görüş iştirakçıların unudulmaz xatirələri ilə  yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi