İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq

  İmtahan həyəcanı və onun aradan qaldırılması - imtahana psixoloji hazırlıq” mövzusunda şagirdlərlə məktəbimizin direktor müavini Günel Bəhrəmova və  psixoloqları Samirə Orucova və Rəşidə Nuriyeva  tərəfindən psixomaarifləndirici söhbət aparılıb. Psixoprofilaktik və maarifləndirici iş aparmaqda məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress halları aşkarlanan şagirdlərə psixoloji dəstək göstərməkdən ibarətdir. Onlar imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı şagirdlərə məlumat verib, imtahan həyəcanı hissinin təbii hal olduğunu, lakin normadan yüksək həyəcanın insanlarda gərginlik, psixoloji stress yaradacağını və uğur qazanmalarına maneə olacağını da nəzərə çatdırıblar. Bu səbəbdən, psixoloqlar həyəcan hissinin minimuma endirilməsi, onun düzgün şəkildə idarə edilməsi və aradan qaldırılması ilə bağlı şagirdlərə psixoloji tövsiyələr veriblər. Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi