“Sağlam həyat tərzi” adlı "Açıq dərs" keçirildi

    Məktəbin kimya biologiya müəllimi Mehparə Məmmədova  tərəfindən  8"A" sinifdə  “İdmansevərlər”layihəsi çərçivəsində “Sağlam həyat tərzi” adlı "Açıq dərs" keçirdi.  Dərs şagirdlərin maraqlı idman hərəkətləri ilə başlandı. Sonra “Düzgün qidalanma”,  “Sağlam bədəndə sağlam ruh olur”, “Sabaha sağlam adımlayaq” mövzularında maraqlı təqdimatlar nümayiş etdirdilər. Şagirdlər  sağlam qidalanmanın 10 qızıl qaydasından, meyvə-tərəvəzin xeyrindən və zərərli qidalardan uzaq olmanın faydalarından bəhs etdilər. Dərs gənc nəslin sağlam həyat tərzini dərk etmək, zərərli vərdişlərdən uzaq olaraq sağlamlıqlarının qayğısına qalmaq məqsədi daşıyırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi