1 Mart- Ümumdünya Mülki Müdafiə günüdür

Məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirildi.Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.Hərbi rəhbər Rizvan Qəhramanov şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları haqqında məlumat verdi. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi