Fövqəladə hallar zamanı davranış qaydaları

   Təhlükəsizlik həftəsi çərçivəsində məktəbin Tədbirlər Planına uyğun olaraq məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Günel Bəhrəmova və GÇH  Rizvan Qəhrəmanov tərəfindən"Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirici seminar təşkil olundu. Tədbirin məqsədi fövqəladə hallardan heç bir insan sığortalanmayıb, məhz elə buna görə də insanları fövqəladə hallar zamanı necə hərəkət etmələri haqqında maarifləndirmək lazımdır.

  Seminar zamanı şagirdlərə, məktəbdə zəlzələ, yanğın zamanı, çimərlikdə, dəm qazından boğulma zamanı davranış qaydaları haqqında bəhs olundu, video çarxa baxış keçirildi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi