Azadlığın mübarək, Xocalı!

 Xocalını azad görmək xalqımızın ən böyük arzusu olub. Bu gün bayrağımız qürurla Xocalıda dalğalanır. Bu münasibətlə tədbirimiz azad Xocalıya həsr olundu. Şagirdlər Xocalı soyqırımı haqqında məlumat verdilər, şeirlər səsləndirildi, soyqırıma həsr olunmuş video çarxlar nümayiş etdirildi. Şagirdlərin hazırladıqları səhnəciklərə göz yaşı ilə tamaşa edildi. Sonda məktəbin direktoru Fərqanə Abbasova çıxış edərək  44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın siyasəti, qətiyyəti və ordumuzun rəşadəti nəticəsində qazanılan böyük Qələbə haqqında da danışdı.  Xocalı, qisasın yerdə qalmadı!   Azadlığın mübarək, Xocalı!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi