Beynəlxalq ana dili günü münasibətilə şeir müsabiqəsi keçirilib

   21 Fevral bütün dünyada “Beynəlxalq  Ana Dili Günü” kimi qeyd olunur. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu gün münasibətilə “Dilim zəngin xəzinəmdir” mövzusunda IV sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Məktəbin direktoru müsabiqəni açıq elan etdikdən sonra  şagirdlərə uğurlar arzuladı. Aparıcılar bu gün haqqında məlumat verdilər.  Münsiflər heyətinin üzvləri məktəbin direktor müavinləri, ədəbiyyat müəllimləri idi. Ən yaxşı şeir ifa edənlər iştirakçılar içərisindən seçildi və I, II, III yerlərə layiq görüldülər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi