“Tariximizin şanlı səhifəsi” adlı dəyirmi masa keçirildi

  Məktəbin direktor müavini Günel Bəhrəmova və kitabxanaçısı Nəzakət Həsənova  tərəfindən “Tariximizin şanlı səhifəsi” adlı dəyirmi masa keçirildi.  20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub.  Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi  cəsarətin, fədakarlığın, oyanışın əyani təcəssümü idi.  Vətən övladlarının qəhrəmanlığı şagirdlərə əsl vətənpərvərlik nümunəsidir. Şagirdlərimizlə şərəf tariximizin səhifələrini birlikdə səhifələdik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi