Zəfər tarixinə həsr olunmuş bilik yarışı

   Yeni ilin ilk həftəsinə Bakıxanov məktəblərinin (72,74,80,96,107,169,271,310) 9-cu sinif şagirdləri arasında Zəfər tarixinə həsr olunan bilik yarışı ilə başladıq.Təşkilatı məktəb 72 nömrəli məktəb-lisey olduğundan yarışın yüksək formada keçirilməsinə çalışdıq.Məktəb-liseyin tarix müəllimi Əməkdar müəllim  Aydın Allahverdiyev demək olar ki,bütün təşkilatı işləri peşəkarcasına yerinə yetirdi. Şagirdlərin şərəfli tariximizi dərindən bilməkləri, araşdırma aparmağı, təhlil və müqayisə bacarığını inkişaf etdirmək, onlar arasında sağlam rəqabəti yaratmaq, əməkdaşlıq əlaqələrini qurmaq əsas məqsədimiz oldu. İştirak edən məktəblərin tarix müəllimləri münsif kimi çıxış edərək, yarışın ədalətli və şəffaf keçirilməsini təmin etdilər. Sonda 80 nömrəli məktəb I, 169 nömrəli məktən II , 271 nömrəli məktəb III yeri tutdular. Əməkdaşlıq üçün bütüm məktəblərin rəhbərlərinə təşəkkür edirik. Bacarıqlı şagirdləri görəndə təhsilimizin uğuruna sevinirik. Zəfərin mübarək, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi