Şahmat üzrə keçirilən yarışda məktəbimiz qalib oldu

Bakı Şəhər Gənclər və İdman İdarəsənin təşkilatçılığı ilə 72 nömrəli məktəb-liseydə sağlam həyat tərzi, idman və yaradıcılığın təbliği və 08 noyabr-Zəfər gününə həsr olunmuş 2009-2011-ci il təvəllüdlü məktəblilər arasında şahmat üzrə Sabunçu rayon turniri keçirilib.

Turnirinin nəticələrinə görə:

I yer: 72 nömrəli tam orta məktəb-lisey

II yer: 311 nömrəli tam orta məktəb

III yeri isə: 112 nömrəli tam orta məktəbin komandası tutub.

Qaliblərin mükafatlandırma mərasimində BŞGİİ-nin Sabunçu rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Taleh Məqsədli və məktəbimizin direktoru Abbasova Fərqanə iştirak edib.

Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi