“Zəfərə gedən yol” adlı bilik yarışı keçirilib

Məktəbimizin X sinif şagirdləri  Riad, Kamil və Şahrudun təşkilatçılığı ilə VIII sinif şagirdləri arasında  8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfərə gedən yol” adlı bilik yarışı keçirilib.Yarışın əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra münsiflər heyəti çıxış edərək, yarış iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. Yarış 4 turdan və hər turda 5 sual səslənməsi ilə qalib komandalar müəyyənləşib. Sonda yarışın qaliblərinə məktəbin direktoru Fərqanə Abbasova tərəfindən diplomlar təqdim olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi