Təhlükəsiz informasiya axtarışı

Məktəbin biologiya müəllimləri tərəfindən IX siniflərdə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın məqsədi şagirdlərin "məhrəm-intim" mövzularda doğru informasiyanı əldə etməsini təmin etmək olmuşdur. Seminarda şagirdlərə intimlik, intim mövzular üzrə resuslar barədə məlumat verilmişdir. İnternetdə təhlükəsiz informasiya əldə etmək, təhlükəli və təhlükəsiz informasiya mənbələri haqqında şagirdlər məlumatlandırıldı. Şagirdlərin informasiyanı ötürmə və qəbuletmə bacarıqlarını inkişaf etdirmək üçün "Kor və bələdçi" üsulundan istifadə edilmiş, seminarın sonunda şagirdlərin sualları cavablandırılmışdır.