Şən startlar və Basketbol yarışı keçirilib

27 fevral-5 mart idman həftəsi çərçivəsində 02.03.2023-cü il tarixdə məktəbin idman zalında idman müəllimləri Şirinova Ellada və Abasov Natiqin təşkilatçılığı ilə rus bölməsinin 6-cı siniflərdə "Şən startlar",10e,10d,11e və 11d siniflərində isə basketbol oyunu keçirildi. Yarışların qalibi olan şagirdlər diplomlarla təltif edilib.