MƏKTƏBDƏ SANİTAR-EPİDEMİOLOJİ VƏZİYYƏTLƏ ƏLAQƏDAR BİR SIRA TƏDBİRLƏR GÖRÜLÜB

  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığına əsasən koronavirusla bağlı məktəbdə sanitar-epidemioloji vəziyyətlə əlaqədar bir sıra tədbirlər görülmüşdür.
Belə ki,tibbi-profilaktik tədbirlərlə bağlı
məktəbimizin tibb işçilərinin rəhbərliyi ilə siniflərdə hal-hazırda dünyada geniş yayılan koronavirusla  bağlı maarifləndirici söhbətlər aparıldı. Məktəbin həkimi bu xəstəliyin adi soyuqdəymə, qızdırma və ya boğaz ağrısı kimi simptomlarla başlaması haqqında şagirdlərə məlumat verdi. Tibb  bacısı şagirdlərlə bu virusun törətdiyi fəsadlar və onlardan necə qorunmaq lazım olduğu barədə söhbət apardılar. Sonda şagirdlərə gigiyenik qaydalara riayət etməyi tövsiyə edən həkimlər  halsızlıq, qızdırma, hətta qrip virusuna yoluxma halları baş verdiyi halda dərhal həkimə  müraciət etmələrini bildirdilər.Həmcini məktəbin daxili ərazisi dezinfeksiya olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi