Gəlin Həmrəy Olaq

29 dekabr 2019-cu il tarixdə məktəbin kitabxanasında tərbiyə işləri üzrə direktor müavini Günel Bəhrəmovanın təşkilatçılığı ilə "Gəlin Həmrəy Olaq" adlı bayram tədbiri keçirildi. Bayram tədbiri şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca aparıcılar tədbiri izləyən hər kəsi salamladı və şagirdlərin hazırladığı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən bəhs edən video çarx nümayiş etdirildi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunmuş tədbir şagirdlərin ifasında bir - birindən gözəl şeir, rəqs və musiqi nömrələrinin ifa edilməsi ilə davam etdi. Məktəbin istedadlı şagirdlərinin hazırladıqları musiqi nömrələri tədbiri daha da canlandırdı. Tədbirdə 5Ə və 5E sinfinin sinif rəhbərləri İnna və İradə müəllimlərin rəhbərliyi ilə  hazırlanmış səhnəciklər tədbirə xüsusi maraq qatdı. Tədbirin davamında şagirdlər musiqi sədaları altında Şaxta babanı səhnəyə dəvət etdilər. Şaxta babanın şənliyə gəlməsi uşaqlara böyük sevinc bəxş etdi. Tədbirin sonunda məktəbin direktoru tədbirin hazırlanmasında əziyyəti keçən hamıya öz təşəkkürünü bildirdi və müəllimlər başda olmaqla, bütün şagird kollektivini və onların valideynlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi