Nailiyyətlərimiz

“Sabahın alimləri” IV Respublika müsabiqəsinin açılış mərasimiMəktəbimizin şagirdi Əlizadə Firavan Süleyman qızı IX-XI sinif şagirdləri arasında " SABAHIN ALİMLƏRİ" IV RESPUBLİKA MÜSABİQƏSİNDƏ BİOLOGİYA NOMİNASİYA ÜZRƏ II YERƏ LAYİQ GÖRÜLMÜŞDÜR.

Qalibimizİstiqlalın şairi Mehmet Akif Ersoya həsr edilmiş orta məktəb şagirdləri üçün inşa müsabiqəsində məktəbimizin 9 cu sinif şagirdi Fidan Məmmədova II yerə layiq görülmüş və 18.03.2015 ci il tarixində Türk Anadoıu liseyinə dəvət olunmuş , diplomla təltif olunmuşdur. Qalibə noutbuk hədiyyə olunmuşdur. Uğurlar sənə Fidan . Təbrik edirik.

FəxrimizŞahəliyev İsmayıl Bəhram oğlu, 29 may 1999-cu ildə Bakıda anadan olub. Səbail rayonu 7 saylı orta məktəbin 10-cu sinif şagirdidir, əlaçıdır. 7 yaşından Səbail rayonu 2 saylı şahmat məktəbində şahmatla məşğul olur. Dördqat Azərbaycan çempionudur. Məktəblilərarası dünya çempionatının gümüş mükafatçısı, Avropa və Dünya Çempionatlarının iştirakçısıdır. Beynəlxalq usta normasını (IM) yerinə yetirib. Hazırkı fide reytinqi: 2357 Nailiyyətlər: 2009-cu il: 10 yaşadək yeniyetmələr arası Bakı çempionu; 10 yaşadək yeniyetmələr arası Azərbaycan çepionatı – bürünc medal. 2011-ci il: 12 yaşadək yeniyetmələr arası Bakı çempionu; 12 yaşadək yeniyetmələr arası Azərbaycan çempionu; 12 yaşadək yeniyetmələr arası Azərbaycan şahmat olimpiadası – gümüş medal; “Baku Open 2011” “C” qrupunun qalibi. 2012 –ci il: 14 yaşadək yeniyetmələr arası Azərbaycan çempionatı – bürünc medal; 13 yaşadək məktəblilər arası dünya çempionatı – gümüş medal (Yasi, Rumıniya) Sürətli şahmat üzrə yeniyetmələr arası Bakı çempionatı – gümüş medal; Bakı şəhər komanda çempionatı - qızıl medal (komanda üzrə və şəxsi – I – lövhədə) 2012 və 2013-cü illər. 2013-cü il: 14 yaşadək yeniyetmələr arası Azərbaycan çempionu; “İndependence Day 2013” beynəlxalq şahmat festivalı,16 yaşadək şahmatçılar arası – I – yer; “20-ci Abu-Dhabi Open” “C” turnirinin (15 yaşadək) qalibi; “IX Beynəlxalq uşaq şahmat turniri”nin qalibi. 2014-cü il: 16 yaşadək yeniyetmələr arası Azərbaycan çempionu; 20 yaşadək şahmatçılar arası Azərbaycan çempionatı I-II yerlər; Kişilər arası Azərbaycan çempionatı (I dəstə) – gümüş medal; 2015-ci il: Kişilər arası Azərbaycan çempionatı (yüksək dəstə) – 7-ci yer. Şahmat üzrə Səbail rayon çempionatı – Iyer. (14 mart)

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

Məcid Kərimov Zahid

Emil Rüstəmli .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi