Şagirdimiz Leyla Sofiyevanın uğuruMəktəbimizin IV sinif şagirdi Leyla Sofiyeva "Misir gənc Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi-müsabiqədə uğurla iştirak etdiyinə görə sertifikatla təltif edilmişdir.
Gənc rəssam-şagirdimizi təbrik edirik!
"Gəncliyin səsi" festivalında müəllimimizin iştirakıM.Rahim adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elvira Haxverdiyeva Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən "Gəncliyin səsi" festivalında xalq dekorativ-tətbiqi və təsviri sənət nümunələrinin təşkilində fəal iştirakına görə diplomla təltif edilmişdir.
Təbrik edirik!
Şagirdimiz Elnur Məmmədzadənin qələbəsiM.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdi Elnur Məmmədzadə yeniyetmələr arasında güləş üzrə Bakı şəhər birinciliyində 24 kq çəki dərəcəsində III yerin sahibi olmuşdur.
Təbrik edirik!