Nailiyyətlərimiz

Şagirdlərimizin intellektual oyunda uğurlu qələbəsi"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən Səbail rayon məktəbləri arasında keçirilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyununda iştirak edən məktəbimizin komandası I yerin qalibi oldu. Belə intellektual oyunlar gənclərin inkişafının stimullaşdırılmasında və biliklərinin artırılmasında, dövlət dilində intellektual oyunların təbliğ olunmasında böyük rol oynayır.  Əziz şagirdlərimiz, sizi və məktəbimizin kollektivini təbrik edirik! Uğurlarınız davamlı olsun!

Məzunlarımız fəxrimizdir!M.Rahim adına 7 nömrəli tam orta məktəbin kollektivi böyük fəxrlə bu ilki məzunlarımız Zöhrə Əmirəliyeva və Gülnur Təmirovanı tam orta təhsil səviyyəsi üzrə yekun nəticələrə görə qızıl və gümüş medala layiq görüldükləri üçün təbrik edir.  Qeyd edək ki, artıq Zöhrə Əmirəliyeva Türkiyənin Orta Doğu Teknik Universitəsinin iqtisadiyyat fakültəsinin, Gülnur Təmirova isə İngiltərənin London King,s College-nin biznesin idarəetməsi fakültəsinin tələbələri sırasına daxil olublar. Böyük uğurlarına görə sevimli məzunlarımıza səmərəli təhsil arzulayırıq. 7 nömrəli məktəb, uğurların davamlı olsun!

Şagirdimiz Humay Cəfərlinin beynəlxalq inşa müsabiqəsində uğuruMəktəbimizin 8"C" sinif şagirdi Humay Cəfərli Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə "Azərpoçt" MMC tərəfindən keçirilən inşa müsabiqəsində III yeri tutduğuna görə Fəxri fərmanla təltif edilmişdir. Təbrik edirik!

HAQQIMIZDA

 Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb d&u...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz Miraləm Elşad

Emin Əlizadə İsbəndiyar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi